BDU-da “Heydər Əliyev və dünya azərbaycanlıları” mövzusunda elmi seminar keçirilib

18/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının nəzdində “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” elmi-tədqiqat laboratoriyasının (ETL) “Heydər Əliyev və dünya azərbaycanlıları” mövzusunda elmi seminarı keçirilib.

Fakültənin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova laboratoriyanın fəaliyyəti, elmi seminarın mövzusunun əhəmiyyəti haqqında danışıb.

ETL-in aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Asəf Hacıyev mövzu ilə bağlı məruzə edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabrın 16-da hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi haqqında qərar qəbul edib.

Bununla bağlı qanunvericilik aktının qəbul edilməsi üçün ölkə parlamentinə - Ali Sovetə müraciət olunub. Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 1991-ci ilin dekabrın 25-də müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib. Bu qərar bir tərəfdən Ulu Öndərin uzun illərdən bəri uğrunda mübarizə apardığı amalın qələbəsi idisə, digər tərəfdən müstəqilliyin bərpa olunmasından sonra bütün dünyaya səpələnmiş milyonlarla azərbaycanlının vahid ideologiya ətrafında birləşdirilməsinə xidmət edirdi.

1993-cü ildə prezident seçildikdən sonra Ulu Öndər diaspor quruculuğunu dövlət siyasətinin əsas tərkib hissəsinə çevirdi. Ulu Öndərin 2001-ci ilin noyabr ayının 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncamı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, birliklərinin fəaliyyətinin gücləndirilməsi, əlaqələndirilməsi baxımından tarixi addım idi.

Elmi seminarda iştirak edən Qədim dünya və orta əsrlar tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının tarixi əhəmiyyətindən və bu istiqamətdə respublikada həyata keçirilən tədbirlərdən bəhs edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024