BDU-da “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda görüş

12/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev muzeyinin təşkilatçılığı ilə “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda görüş keçirilib.

Tədbirin qonağı BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, politoloq Aytən Qurbanova olub. O bildirib ki, Azərbaycan gənclərinin milli ruhlu vətəndaş kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Daim ölkənin gələcəyinin gənclərin əlində olduğunu deyən Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti uğurlu inkişaf konsepsiyasının əsas dayağı kimi bu gün Azərbaycanı inamla irəli aparır: “Ümummilli Lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu Öndərin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur. Məhz Ulu Öndərin ideyaları əsasında Prezident İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclərin qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edil­di. Bu gün ölkə gəncləri siyasi, iqtisadi, elm, innovasiya və ən müxtəlif sahələrdə Azərbaycanı dünyanın hər yerində uğurla təmsil edir, bayrağımızı daha da ucalara qaldırır”.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026