BDU-da “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda konfrans

11/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev muzeyi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ölkəmizdə gənclər siyasəti haqqında tələbələrə geniş məlumat verib. O, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin nəticəsində ölkədə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəslin yetişdiyini vurğulayıb.

1997-ci ildə Ümummilli liderin təşəbbüsü ilə 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsini bildirən BDU THİK sədri Hacıbaba Mustafayev çıxışında qeyd edib ki, müvafiq dövlət proqramlarının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və genişmiqyaslı fəaliyyət proqramının təsdiqi ölkə gənclərinə göstərilən xüsusi qayğının təzahürüdür.

Sonra məruzə ilə çıxış edən Heydər Əliyev Muzeyinin mütəxəssisi Afət Seyidzadə dövlət quruculuğunda gənclərin iştirakı, onların mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, təhsili, gənclər təşkilatlarının formalaşması üçün yaradılan yüksək şəraitdən bəhs edib. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin aparıcı xəttini də məhz bu mühüm konsepsiyanın təşkil etdiyini vurğulayıb.

Xəbərlər

BDU-da xərçəngin genomu və diaqnostikasına dair elmi seminar

BDU-da xərçəngin genomu və diaqnostikasına dair elmi seminar
02/06/2023

BDU aliminin məqaləsi beynəlxalq impakt faktorlu jurnallarda dərc olunub

BDU aliminin məqaləsi beynəlxalq impakt faktorlu jurnallarda dərc olunub
02/06/2023

BDU alimi metal nanohissəciklərin bioloji sintezinə dair tədqiqatlar aparıb

BDU alimi metal nanohissəciklərin bioloji sintezinə dair tədqiqatlar aparıb
01/06/2023