BDU-da Heydər Əliyevin 90-cı ildönümü münasibətilə Gül bayramı keçirilib

10/05/2013

Bu gün Bakı Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin 90-cı ildönümünə həsr olunmuş Gül bayramı keçirilib.

Artıq ənənə halını almış Gül bayramında tələbələrin hazırladıqları gül kompozisiyaları və incəsənət nümunələri təqdim edilib. Tədbirdə universitetin 17 fakültəsi, o cümlədən əksər ali təhsil müəssisələri iştirak ediblər.

Gül bayramına qatılan rektor, akademik Abel Məhərrəmov ulu öndərin yubileyi münasibətilə təşkil edilmiş bayramın əhəmiyyətindən danışıb, kompozisiyaların fakültələrin profilinə uyğun hazırlanmasını yüksək qiymətləndirib: “Universitet tələbələrinin yaratdıqları əl işləri biri-birindən gözəldir. Fakültələrin hamısı öz qabiliyyətlərini yüksək səviyyədə nümayiş etdiriblər. İştirakçılar ümummilli liderimizi necə təsəvvür etdiklərini göstərməyə çalışıblar. Bu tədbir onu göstərir ki, gənclər ümummilli liderimizin müəyyənləşdirdiyi ideya ilə yaşayırlar. Bu da ondan xəbər verir ki, Azərbaycanın böyük, işıqlı gələcəyi var. Bu gənclər Azərbaycanın bayrağını ən yüksək zirvəyə qaldıra biləcəklər. Bizi sevindirən odur ki, gənc nəsil öz borcunu vaxtında başa düşür və vaxtında Heydər Əliyev addımları ilə irəli gedir. Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Xalq o vaxt daha da xoşbəxtdir ki, həmin siyasi kurs ölkədə uğurla davam etdirilir”.

Rektor sonra qalibləri elan edib. 1-ci yerə jurnalistika, 2-ci yerə Coğrafiya, Sosial elmlər və psixologiya layiq görülüb. Digər fakültələr, eyni zamanda, qonaq qismində qatılan Azərbaycan Universiteti 3-cü yerin qalibi olublar. 1-ci yer 300, 2-ci yer 200 və 3-cü yerin qalibləri 100 manatla mükafatlandırılıblar.

Sonda rektor tədbirin təşkilatçılarına, əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 10 may 2013-ci il.

Xəbərlər

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı
15/05/2026