BDU-da Heydər Əliyevin anım günü keçirilib

11/12/2012

Bu gün Bakı Dövlət Universitetində  ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xalqını düşdüyü bəlalardan, rastlaşdığı problemlərdən qurtardı, dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaratdı, elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxladı. Mən hər zaman dediyim bir fikri xüsusilə qeyd etmək istəyirəm: «Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o zaman daha xoşbəxt olur ki, həmin siyasi kurs uğurla davam etdirilir». Bu baxımdan Azərbaycan xalqı həqiqətən də xoşbəxtdir. Ulu öndərin siyasi kursu möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli təhsilin inkişafı məsələsi öz məzmununu dəyişərək həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilir, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı yeni vüsət alır.

Sonra AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili AMEA-nın müxbir üzvü Yaqub Mahmudov «Xalqa həsr olunmuş ömür» adlı məruzə edib.

Tədbir çıxış və xatirələrlə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 11 dekabr 2012-ci il.

Material aşağıdakı yerli və xarici KİV-də də yayımlanıb: azxeber.com, teleqraf.az, APA.

Xəbərlər

BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur

BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur
17/04/2026

BDU-da ustad dərsi: “Peyk məlumatlarının şəhərsalma və kadastr işində tətbiqi”

BDU-da ustad dərsi: “Peyk məlumatlarının şəhərsalma və kadastr işində tətbiqi”
17/04/2026

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-nun Tarix fakültəsində

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-nun Tarix fakültəsində
17/04/2026