BDU-da “HEYDƏR ƏLİYEV – BDU-NUN DÜNYA ŞÖHRƏTLİ MƏZUNU” esse müsabiqəsinin nəticələri elan olunub

12/05/2023

BDU tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “HEYDƏR ƏLİYEV – BDU-NUN DÜNYA ŞÖHRƏTLİ MƏZUNU” adlı esse müsabiqəsinin nəticələri elan edilib.
Müsabiqəyə 70-dən artıq esse təqdim olunub. Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndirilib.
Müsabiqə komissiyasının qərarı ilə Tarix fakültəsinin II kurs magistrantı Nuridə Süleymanova  I, Mexanika-riyaziyyat fakültəsinin III kurs tələbəsi Zeynəb Hacıyeva II,  Jurnalistika fakültəsinin IV kurs tələbəsi Əsgər İsmayılov III yerə layiq görülüblər.
Jurnalistika fakültəsinin III kurs tələbəsi Nəzrin Gəncəliyeva və Filologiya fakültəsinin II kurs tələbəsi Almaz Məmmədova isə həvəsləndirici yerləri qazanıblar.
Qalib esse müəllifləri diplom, pul mükafatı və hədiyyələrlə təltif ediliblər. Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaq.
Qalibləri təbrik edirik!






Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026