BDU-da “Heydərbaba zirvəsi: Şəhriyar” adlı ədəbi-bədii tədbir

07/05/2026

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının Filologiya fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın 120 illik yubileyinə həsr olunmuş “Heydərbaba zirvəsi: Şəhriyar” adlı ədəbi-bədii tədbir keçirilib.

Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov çıxışında bildirib ki, Azərbaycan ədəbiyyatı tarixində mühüm iz qoymuş sənətkarların yubileylərinin qeyd olunması gənc nəslin milli-mənəvi dəyərlərə bağlı yetişməsində mühüm rol oynayır. O vurğulayıb ki, Məhəmmədhüseyn Şəhriyar yaradıcılığı Azərbaycan poeziyasının ən qiymətli nümunələrindən biridir və onun əsərləri bu gün də aktuallığını qoruyur. Dekan müavini şairin həyat yolu, yaradıcılığı və Azərbaycan ədəbiyyatındakı xüsusi yeri haqqında məlumat verərək tədbiri açıq elan edib.

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Almaz Əliqızı çıxışında Şəhriyarın zəngin ədəbi irsindən geniş bəhs edib. O qeyd edib ki, şairin yaradıcılığında Vətən sevgisi, milli kimlik, insan duyğuları və mənəvi dəyərlər yüksək poetik ustalıqla əks olunub. Professor ”Heydərbabaya salam” poemasını təhlil edərək əsərin Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu vurğulayıb. Həmçinin “Behcətabad” şeirinin yaranma tarixçəsindən danışıb, əsərin yazıldığı dövr və şairin keçirdiyi duyğular barədə iştirakçılara məlumat verib.

Tədbirin bədii hissəsində fakültənin tələbələri şairin şeirlərini ifa ediblər.

 

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026