BDU-da hibrid günəş elementləri üçün nanomateriallarla bağlı elmi seminar

06/04/2024

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi seminarı keçirilib. Laboratoriyanın böyük elmi işçisi Sevinc Nuriyeva “Hibrid günəş elementləri üçün nanomateriallar” mövzusunda çıxış edib.

Məruzəçi alternativ enerji mənbələrinə, əsasən də günəş elementlərinin istehsal sahəsinə marağın artması və bu sahədə tədqiqatların inkişafından bəhs edib, belə cihazların performansının onların materiallarının xassələrindən asılı olduğunu vurğulayıb. Sevinc Nuriyeva səmərəli və dayanıqlı enerji təchizatı üçün təkmilləşdirilmiş tələblərə cavab verən, yeni xüsusiyyətlərə malik innovativ materialların sintezi və modifikasiyasını, günəş elementlərinın inkişaf xronologiyasını izah edib. O bildirib ki, ən çox tətbiq edilən müxtəlif metal, metal oksid, yarımkeçirici nanoquruluşlar və karbon nanoklasterləri əsasında alınan elektrod materiallarının əhəmiyyəti böyükdür.

Seminarda Nanoaraşdırmalar ETL-də sintez olunan günəş elementlərinin elektrod materialı üçün həcmli heterokeçid konsepsiyalı Cu/Cu2S NN və karbon nanoboru əsaslı hibrid materialın quruluşu və optik xüsusiyyətləri barədə müzakirə aparılıb. Laboratoriyada karbon nanoboruları və ZnO kvant nöqtələri, həmçinin, CH3NH3Sn(Cl,J) nanoquruluşlu perovskit təbəqələr əsasında çoxkeçidli, tandemli hibrid fotovoltaiklərin yaradılmasının nəzərdə tutulduğu qeyd edilib.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026