BDU-da şəhid ailələri ilə tələbələrin növbəti görüşü keçirilib

01/10/2021

BDU Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən "Gələcəyin tarixi"  klubunun təşkilatçılığı ilə tələbələrin şəhid ailələri ilə növbəti onlayn görüşü keçirilib.

Görüşdə klubun rəhbəri, Tarix fakültəsinin tələbəsi Güllü Həsənzadə çıxış edərək 44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmış gənclərimizin tanıdılması və onların şərəfli döyüş yolunun tələbə gənclər arasında təbliği istiqamətində BDU-nun tələbə təşkilatlarının həyata keçirdiyi tədbirlər və layihələr haqqında məlumat verib.

Daha sonra çıxış edənlər, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri – şəhid Yaşar Xudayevin bacısı Nuranə Xudayeva, şəhid Teymur Abbasovun  həyat yoldaşı Sona Abbasova, şəhid Həsən Qasımovun atası Şöhrət Qasımov, anası Pünhanə Qasımova, həyat yoldaşı Aytəkin Qasımova çıxışlarında Vətən müharibəsində şəhid olan bütün gənclərimizin adlarının şanlı tariximizə əbədi həkk olunduğunu qeyd edib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunmasında şücaət göstərmiş bütün qəhrəman oğullarımızla qürur duyduqlarını vurğulayıblar.

Görüşdə Vətən müharibəsi iştirakçısı Tərlan Nəbiyev keçdiyi döyüş yolu haqqında tələbələrə ətraflı məlumat verib, igid əsgərlərimizin göstərdikləri şücaətdən bəhs edib.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək
09/10/2026