BDU-da "Şəhid ailələrinə və qazilərə qayğı hər birimizin borcudur" adlı tədbir

17/03/2021

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "Şəhid ailələrinə və qazilərə qayğı hər birimizin borcudur" adlı onlayn tədbir keçirilib.

Əvvəlcə tədbirdə şəhidlərimizin ruhu  bir dəqiqəlik sükutla yad edilib. THİK sədri Hacıbaba Mustafayev şəhid və qazi ailələrinə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, onların sosial rifahının güclənməsi dövlətimizin prioritet istiqamətlərindəndir və ölkəmizdə bu istiqamətdə bütün lazımi tədbirlər həyata keçirilir. BDU-da da bu sahədə görülən işlərdən danışan THİK sədri Universitet rəhbərliyinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış tələbə və məzunların ailələrini hər zaman diqqətdə saxladığını, bu istiqamətdə sistemli tədbirlər həyata keçirildiyi barədə məlumat verib. Tədbirdə çıxış edən tələbələr şəhidlərimiz və qazilərimizlə qürur duyduqlarını ifadə edib, onları heç  zaman unutmayacaqlarını bildiriblər.

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026