BDU-da şəhid Aydın Manerovun xatirəsi yad edilib

22/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib. Tədbir Pedaqogika kafedrasının dosenti Gülarə Kərimovanın həyat yoldaşı – I Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş “Azərbaycan Bayrağı” ordenli Aydın Manerovun xatirəsinə həsr olunub. İştirakçılar öncə torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə fakültənin əməkdaşları, Aydın Manerovun döyüş yoldaşı, “N” saylı hərbi hissənin siyasi işlər üzrə komandir müavini, ehtiyatda olan kapitan Saleh Əliyev, Bakı milyonçusu Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva, BDU-nun Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri İqbal Ağayev, “Bizim lider” qəzetinin baş redaktoru və təsisçisi İradə Qaracallı çıxış ediblər. Çıxışçılar Ağdərənin Gödəkburun yüksəkliyi uğrunda gedən döyüşlərdə “Qartal” təxəllüslü leytenant Aydın Manerovun göstərdiyi şücaətdən danışıblar. Aydın Manerov 1994-cü il yanvar ayının 29-da Gödəkburun yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Şəhidin həyat yoldaşı Gülarə Kərimova bütün çətinliklərə sinə gərib, Vətənə, xalqa bağlı övladlar tərbiyə etməklə yanaşı, Aydın Manerovun xatirəsini daim uca tutub. Onun haqqında bir neçə kitab və onlarla məqalə yazıb.

Sonda tanınmış bəstəkar Cavanşir Quliyev və BDU-nun Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri İqbal Ağayevin Aydın Manerova həsr etdiyi mahnılar səsləndirilib. Fakültənin tələbələrinin ifasında Aydın Manerova həsr edilmiş səhnəcik nümayiş olunub, şeir və mahnılar dinlənilib. Tədbirdə fəal iştirak edən tələbələrə Ağamusa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyi tərəfindən sertifikatlar verilib.

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa
28/04/2026

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
28/04/2026