BDU-da şəhid məzun Əsəd Əsədovun xatirəsi anılıb

30/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasının təşkilatçılığı ilə fakültənin şəhid məzunu Əsəd Əsədovun xatirəsinə həsr olunmuş “Şəhidlərimizin vətənpərvərlik yolu” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 44 günlük Vətən müharibəsindən və Sosial elmlər və psixologiya fakültəsinin şəhid məzunu Əsəd Əsədovun həyat yolundan bəhs edən təqdimat nümayiş etdirilib.

Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova şəhid məzun Əsəd Əsədovun timsalında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsinin daim uca tutulmasının hər bir azərbaycanlının mənəvi borcu olduğunu deyib. O, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərildiyini, Sosial elmlər və psixologiya fakültəsində şəhid məzunların anım tədbirlərinin daim təşkil edildiyini, bunun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində əvəzsiz rol oynadığını qeyd edib.

Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova, professor Nübar Muxtarova, dosent,  şəhid Aydın Manerovun həyat yoldaşı Gülarə Kərimova, şəhid Əsəd Əsədovun həyat yoldaşı Ülkər Əsəd şəhidin həyat yolundan, tələbəlik illərindən söz açıb, xatirələrini bölüşüblər.

Sonda şəhid məzunun xanımı Ülkər Əsəd həyat yoldaşının xatirəsinə həsr etdiyi şeirlər kitabını Pedaqogika kafedrasına bağışlayıb.

 

Xəbərlər

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır
23/07/2026

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi
23/07/2026

Azərbaycan milli mətbuatı - 151

Azərbaycan milli mətbuatı - 151
22/07/2026