BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib

17/07/2025

Bakı Dövlət Universitetinin "BDU könüllüləri" təşkilatı və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib.

Əvvəlcə BDU rektoru Elçin Babayev “Zəfər tarixi” lektoriyasında şəhid övladları ilə görüşüb. Rektor Elçin Babayev BDU-nun Azərbaycan elmi, təhsili, ictimai-siyasi həyatında oynadığı mühüm rolu barədə məlumat verib, Universitetin ən böyük məzununun Ümummilli Lider Heydər Əliyev olduğunu bildirib. O, Universitetin əsas missiyasının milli-mənəvi dəyərlərə, dövlətçiliyə bağlı vətəndaş və yüksəkixtisaslı mütəxəssis yetişdirmək olduğunu xatırladıb: “Siz ölkəmizin azadlığı uğrunda gözünü qırpmadan həlak olan, qəhrəmanlıqları ilə tarix yazan şəxsiyyətlərin övladlarısız. Onlara layiq olacağınıza, həyatda, təhsildə uğurlar qazanacağınıza əminik. Hər addımınızda dövlətimiz və xalqımız sizin yanınızdadır”.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova BDU-nun ölkəmizdə ali təhsilin flaqmanı olduğunu, burada tələbələr üçün keyfiyyətli təhsil və tədqiqat mühiti yaradıldığını, son illər Universitetin beynəlxalq reytinqlərdə sürətlə irəlilədiyini bildirib. O, tədbirin əsas məqsədinin şəhid övladları olan abituriyentlərin ixtisas seçiminə dəstək vermək, onlarla maraqlı və motivasiya dolu bir gün keçirmək olduğunu vurğulayıb: “Bu il 60-a yaxın şəhidimizin övladı orta məktəbdən məzun olub. Hansı universiteti, hansı peşə və ixtisası seçmələrindən asılı olmayaraq, onların hər birinin seçiminin düzgün olacağına inanırıq”.

Sonra şəhid övladları Universitetin Heydər Əliyev muzeyi və Heydər Əliyev lektoriyasını ziyarət ediblər. Onlar Ümummilli Liderin zəngin həyat yolu və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponat və məlumatlarla tanış olublar. Qonaqlar BDU-nun Faydalı qazıntılar muzeyi, Təkamül muzeyinə baxış keçiriblər.

Universitetin “Tələbə məkanı”nda abituriyentlər üçün BDU-da tədris prosesi, fakültə və ixtisaslar, elmi tədqiqat mühiti, sosial və akademik dəstək mexanizmləri, tələbə həyatı barədə məlumatlandırıcı infossesiya keçirilib.

Sonda şəhid övladlarına Universitetin ekoloji yönümlü layihələri, burada yaradılmış yaşıl zonalarla bağlı məlumat verilib. Onlar BDU-nun “Eko Məkanı”ı, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, tədris binaları, kampusu ilə tanış olublar.

 

Xəbərlər

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər
15/12/2025

BDU-nun Astrofizika kafedrası: “Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq”
15/12/2025

BDU və Çinin Anhui Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb

BDU və Çinin Anhui Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb
15/12/2025