BDU-da şəhid Xudayar Yusifzadənin xatirəsi anılıb: “Bir ömrün dastanı”

22/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində əldə etdiyimiz Zəfərin beşinci ildönümünə həsr olunmuş “Bir ömrün dastanı – Xudayar Yusifzadə” adlı dəyirmi masa keçirilib. Tədbir şəhid Xudayar Yusifzadənin anım gününə ithaf olunub.

Əvvəlcə Dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyev və torpaqlarımızın  azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Geologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Ələkbər Mirzəyev bu cür tədbirlərin gənclərin milli-mənəvi tərbiyəsində, vətənpərvərlik ruhunun formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, şəhid Xudayar Yusifzadənin döyüş yolundan, onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan bəhs edib. Xudayar Yusifzadə kimi gənclərin Azərbaycan gəncliyi üçün örnək, xalqımız üçün isə qürur və iftixar mənbəyi olduğunu diqqətə çatdırıb.

Sonra şəhidin həyat və döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Geologiya fakültəsinin tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub, Vətənə həsr edilmiş şeirlər səsləndirilib və “Xudayar təsnifi” canlı ifa edilib.

Dəyirmi masada tələbələrə Xudayar Yusifzadənin qəhrəmanlığı, Vətən sevgisi, fədakarlığı və gəncliyə buraxdığı mənəvi mirasla bağlı suallar ünvanlanıb. Fakültə tələbələri şəhidin inam, iradə və mübarizə ruhunu müasir Azərbaycan gəncliyi üçün örnək kimi qiymətləndiriblər.

 

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2026

BDU-da yaşıl təhsilin inteqrasiyası və gənclərin dayanıqlılıq təşəbbüsləri beynəlxalq platformada təqdim olunub

BDU-da yaşıl təhsilin inteqrasiyası və gənclərin dayanıqlılıq təşəbbüsləri beynəlxalq platformada təqdim olunub
20/02/2026

BDU-nun Astrofizika kafedrası: “Yaz fəsli Azərbaycana martın 20-si saat 18:45:53-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Yaz fəsli Azərbaycana martın 20-si saat 18:45:53-də daxil olacaq”
20/02/2026