BDU-da Hindistan səfiri ilə görüş

21/12/2019

Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlung Bakı Dövlət Universitetində (BDU) olub. Rektor Elçin Babayev qonağı salamlayaraq, ona Universitet haqqında məlumat verib, beynəlxalq əlaqələrindən danışıb.

Səfir Vanlalvavna Bavitlung qəbula və xoş qarşılanmaya görə təşəkkür edib. O, Hindistan universitetləri, tədqiqat mərkəzləri ilə əlaqələrin qurulması istiqamətində fikirlərini səsləndirib.

Qarşılıqlı maraq doğuran görüşdə tələbə-müəllim mübadiləsi, Hindistan elmi-tədqiqat institutları ilə birgə laboratoriyaların qurulması, BDU-da Hindistan Mədəniyyət Mərkəzinin açılması, bu ölkənin milli mədəniyyət günlərinin, festivallarının keçirilməsi, filmlərin nümayişi, sərgilərin təşkili kimi məsələlər müzakirə edilib.

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026