BDU-da Həkəriçay hövzəsində ekoloji vəziyyətin qiymətləndirilməsi aparılıb

28/01/2025

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Coğrafi ekologiya kafedrasının doktorantı Günel Heydərzadənin “İşğal dövründə Həkəriçay hövzəsinin (Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazilərində) meşə-bitki örtüyündəki dinamik vəziyyətin kəmiyyət və keyfiyyətcə qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib.

Seminarda Həkəriçay hövzəsinin ayrı-ayrı rayonları üzrə ekoloji vəziyyətin dinamikası qiymətləndirilib, regional hidroloji rejimlə qarşılıqlı əlaqəsi  müəyyənləşdirilib və alınmış nəticələr təqdim olunub.

Peyk məlumatları əsasında tədqiqat ərazisinin müxtəlif illər üzrə meşə-bitki örtüyü (NDVİ indeksi) və onun əsasında dinamikası müəyyən edilərək, sahə göstəriciləri hesablanıb. Bundan əlavə, örtük növləri üzrə artan, azalan və dəyişməyən sahələri əks etdirən təsvirlər, müxtəlif illər üzrə meşə-bitki örtüyü növlərində baş verən dəyişiklikləri əks etdirən xəritələr, tədqiqat ərazisində müxtəlif illərin təsvirlərinin müqayisəsi nəticəsində alınmış dinamika xəritələrinin sahə göstəricilərinə əsasən histoqramı tərtib olunub. Laçın, Qubadlı və Zəngilan rayonları ərazisinin çay şəbəkəsi və hidroloji vəziyyətin dinamikasını əks etdirən diaqramlar hazırlanıb. Tədqiqat ərazisinin MNDWI su indeksini əks etdirən təsvirlər əldə edilib və onların əsasında dinamika xəritələri tərtib olunub.

Tədqiqat işində Laçın, Qubadlı və Zəngilan rayonları ərazisinin aerozolluğunun qiymətləndirilməsi aparılıb, NDVİ indeksi təyin olunub, hidroloji vəziyyətdə baş verən dəyişikliklərin meşə-bitki örtüyünə təsiri araşdırılıb.

Azərbaycanın cənub-qərb bölgəsində bitki örtüyünün vəziyyətinin araşdırılması çərçivəsində Yer səthinin peyk şəkillərinin emalı əsasında relyef təbəqələri və onun törəmələri, həmçinin NDVI, AFRI və NDWI multispektral indekslərinin qatları daxil olmaqla çoxqatlı elektron xəritə tərtib edilib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Bu ilin sonunadək iki Super Ay hadisəsi müşahidə olunacaq”
24/10/2025

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib

BDU-da ixtisaslaşmaların beynəlxalq akkreditasiyasına hazırlıq məqsədilə görüş keçirilib
24/10/2025

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”

BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”
24/10/2025