BDU-da “Əhməd bəy Ağaoğlu və türk dünyası” adlı elmi seminar

20/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Əhməd bəy Ağaoğlu və türk dünyası” adlı elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva məruzəçi və onun təqdim edəcəyi mövzu ilə bağlı qısa məlumat verib.

Məruzəçi Samir Mirzəyev 70 il keşməkeşli ömür sürmüş, Şuşanın maarifpərvər və mütərəqqi ziyalı mühitində böyümüş jurnalist-publisit Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığı ilə bağlı əsas məqamları diqqətə çatdırıb. Onun 1909-cu ilin əvvəllərinədək “Kaspi”, “Həyat”, “İrşad” və “Tərəqqi” qəzetlərində yüzlərlə məqaləsinin dərc edildiyini vurğulayıb, görkəmli publisistin hərbi-siyasi təşkilat olan “Difai”nin qurucusu olduğu haqqında da məlumat verib.

Samir Mirzəyev qeyd edib ki, Əhməd bəy Ağaoğlu ömrünün son 30 ilini qardaş Türkiyədə yaşayıb. Bu müddətdə Mətbuat İnformasiya İdarəsində baş müdir, “Hakimiyyəti-milliyyə” qəzetinin redaktoru, Anadolu Agentliyində rəhbər, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olub. Onun Türkiyədə müxtəlif illərdə 20-yə yaxın kitabı işıq üzü görüb.

Məruzədən sonra çıxış edənlərin mövzu ilə bağlı fikirləri dinlənilib.

 

 

 

Xəbərlər

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub

“Mediada Azərbaycan dili” metodik vəsaitinin təqdimatı olub
17/07/2026