BDU-da Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

19/12/2022

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş “Azərbaycan filoloji fikri çağdaş tədqiqatlarda” mövzusunda Respublika elmi konfransı keçirilib. Öncə Dövlət himni səsləndirilib, Əhməd Cavadın simasında repressiya qurbanlarının və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Mehriban Əlizadə tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əhməd Cavadın 130 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırıb, görkəmli şairin yaradıcılığının ədəbiyyat tariximizdəki yerindən, ədəbi-bədii dilimizin inkişafında rolundan, keçirilən konfransın əhəmiyyətindən danışıb.

Plenar iclasda BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı “İstiqlal şairi Əhməd Cavad”, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının magistrantı Firuzə Qaloyeva “Bədii ədəbiyyatda Əhməd Cavad obrazı” adlı məruzələrlə çıxış ediblər.

Məruzələrdə şairin yaradıcılığının ölkəmizdə və onun hüdudlarından kənarda, xüsusilə Türkiyədə tədqiqi və təbliği istiqamətində görülən işlərdən, Əhməd Cavad yaradıcılığının poetik özəlliklərindən bəhs edilib, ədibin irsinə göstərilən dövlət qayğısı yüksək qiymətləndirilib.

Tədbirdə şairin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub, Filologiya fakültəsinin tələbələri Fidan Mədətova və Ülviyyə Orucovanın ifasında ədibin şeirləri səsləndirilib.

Konfrans bölmə iclasları ilə davam edib.

Xəbərlər

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub
27/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
27/08/2026

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib
27/08/2026