BDU-da “Horizon-2020 proqramlarının imkanları” ilə bağlı seminar keçirilib

24/12/2019

Bakı Dövlət Universitetində (BDU) Avropa Komissiyasının Horizon-2020 proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi (MƏŞŞ) tərəfindən ümumuniversitet seminarı keçirilib.

Təhsil Nazirliyinin dəstəyi, MƏŞŞ üzvləri və AMEA Rəyasət Heyəti aparatı Beynəlxalq əlaqələr idarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən seminarı Universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə açıb. O, seminarın əhəmiyyətindən bəhs edib, Horizon-2020 proqramı haqqında məlumat verib. Bildirib ki, seminarın keçirilməsində əsas məqsəd yüksək səviyyəli tədqiqatların aparılması, bu tədqiqatlara alimlərin cəlb olunması və onların beynəlxalq əməkdaşlığının möhkəmləndirilməsi, fikir mübadiləsi üçün əlverişli şəraitin yaradılmasıdır. Onun sözlərinə görə, proqramda həmçinin innovativ müəssisələrin rəqabətə davamlılığının artırılmasına, yeni iş yerlərinin yaradılmasına, həyat tərzinin və maddi rifahın yaxşılaşdırılmasına yardım etmək, biznesin tədqiqatlara qoyduğu investisiyaların həcminin artırılmasını stimullaşdırmaq, bu halda innovasiyaların inkişaf etdirilməsi mümkün olan sahələrə üstünlük verilməsini təmin etmək kimi məsələlər əksini tapıb.

Seminarda AMEA Rəyasət Heyəti aparatı Beynəlxalq əlaqələr idarəsinin müdiri Esmira Əlirzayevanın Proqram haqqında ümumi məlumatından sonra AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri Tofiq Babayev Proqramın imkanları, Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Proqramın Marie-Sklodovska Curie istiqaməti, AMEA-nın Arxeologiya İnstitutunun şöbə müdiri Zaur Həsənov isə bu istiqamət üzrə fərdi və qrup qrantlarının alınması ilə bağlı məlumat veriblər.

Seminarda, eyni zamanda, İlham Hümbətov, Rövşən Kərimov və Rəhimə Qabulova Proqramın ayrı-ayrı istiqamətlərindən danışıblar.

Seminar iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

 

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2024

BDU-da Vətən müharibəsi qazisi ilə görüş

BDU-da Vətən müharibəsi qazisi ilə görüş
07/11/2024

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI
07/11/2024