BDU-da HORİZON-2020 üçün yeni qrant layihəsinin müzakirəsi olub

01/10/2018

Sentyabrın 27-də Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında Avropa Komissiyasının Tədqiqat və İnnovasiya proqramı - HORİZON-2020 üçün yeni qrant layihəsinin müzakirəsi olub. İtaliyanın Sapienza Universitetinin professoru Luca Di Palma “Xəzər dənizi regionunun bərpası üçün Azərbaycan - Avropa şəbəkəsi təlim və təhsil potensialının qurulması” mövzusunda birgə əməkdaşlıq layihəsinin hazırlanmasını təklif edib. Layihənin müzakirəsində Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov, Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc   Hacıyeva , Təhsil Nazirliyinin nümayəndəsi Anar Kazımov, Bakı Ali Neft məktəbinin, Azərbaycan Texniki Universitetin, Azərbaycan Su-kanal Elmi Tədqiqat İnstitutunun, AZEKOLAB özəl laboratoriyanın və Nanoaraşdırmalar laboratoriyasın  nümayəndələri iştirak edib. Layihənin Avropadan tərəfdaşları kimi Yunanıstanın Patras Universiteti, Fransanın Paris 13 Universiteti, Almaniyanın  və Danimarkanın  universitetlərindən biri təklif olunub. Müzakirədə layihənin əsas məqsədi və onun həyata keçirilməsi yolları təhlil edilib, layihənin  2019-cu il  yanvarın ilk ongünlüyünə təqdimat üçün tam hazır  olması nəzərdə tutulub.

Mətbuat və informasiya şöbəsi, 01 oktyabr 2018-ci il.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026