BDU-da Hüquq fakültəsində Avropa insan Hüquqları Məhkəməsinin simulyasiyası keçirilib

21/05/2019

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində  məhkəmə simulyasiyası oyunu keçirilib. Belə ki, 3-cü  kurs tələbələri Avropa İnsan Hüquq və Azadlıqları haqqında Konvensiyasının ayrı-ayrı müddəalarının pozulması üzrə Avropa insan Hüquqları Məhkəməsinin simulyasiyasını təşkil ediblər. Bu, Beynəlxalq xüsusi hüquq və  Avropa hüququ kafedrasının dosenti Samirə Eyvazovanın  rəhbərliyi ilə 1478, 1482, 1484 və İnglis-6 qruplarının iştirakıyla baş tutub.

Avropa İnsan Hüquqları haqqında Konvensiyanın 3, 6,13, 34-cü maddələri və 1 nömrəli Protokolun 1-ci maddəsinin pozulması ilə bağlı işlərə baxılıb.

Məhkəmə simulyasiyasında bütün tələbələr fəal iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 21 may 2019-cu il.



Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

BDU tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram” haqqında infosessiya keçiriləcək

BDU tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram” haqqında infosessiya keçiriləcək
28/09/2026

BDU-nun magistrantları Anım Günü ilə əlaqədar Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər

BDU-nun magistrantları Anım Günü ilə əlaqədar Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər
28/09/2026