BDU-da “Hüquqşünas masası”

30/10/2023

Ədliyyə Akademiyası və SABAH Mərkəzinin əməkdaşlığı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr  üçün “Əşya hüquqlarının nəzəri və praktiki problemləri” mövzusunda “Hüquqşünas masası” keçirilib. Tədbirdə BDU-nun SABAH qruplarının Hüquqşünaslıq ixtisasında təhsil alan 150 tələbəsi iştirak edib.

BDU-nun Mülki proses və kommersiya hüququ kafedrasının dosenti Elçin Xələfovun moderatorluğu ilə keçirilən tədbirdə Bakı şəhər Xətai rayon məhkəməsinin hakimi,  dosent Samirə Eyvazova, BDU-nun Mülki hüquq kafedrasının müdiri, dosent Şükür Yusifov və  Ədliyyə Akademiyasının Mülki hüquq və mülki proses kafedrasının baş müəllimi Günel Mustafayeva öz məruzələri ilə çıxış ediblər.

Məruzələrdə mülki hüququn ən böyük sahələrindən biri olan əşya hüququnun mahiyyətinə, əsas xüsusiyyətlərinə toxunulub, Avropa İnsan Hüquqları Məhkəməsi president hüququnda mülkiyyət hüququ ilə bağlı məşhur məhkəmə qərarlarına nəzər salınıb, yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ və yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər  tərəfindən istifadə hüququna dair Konstitusiya Məhkəməsinin qərarları barədə geniş məlumat verilib.

Tədbir tələbələrin aktiv iştirakı ilə müzakirə şəklində davam edib.

 

Xəbərlər

BDU-da akademik Həsən Əliyevə həsr olunmuş elmi seminar

BDU-da akademik Həsən Əliyevə həsr olunmuş elmi seminar
16/12/2025

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər

Qazaxıstanın Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları BDU-da elmi təcrübə keçiblər
15/12/2025

BDU-nun Astrofizika kafedrası: “Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq”
15/12/2025