BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

22/10/2026

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elmi seminar keçirilib.

Elmi seminarda BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədov “Şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı” mövzusunda məruzə edib. Elçin Əhmədov 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb.

Məruzədə şəhərsalma və memarlıq irsinin qorunması, bərpası və ötürülməsi prosesində kitabxana-informasiya resurslarının rolu öyrənilib. Müasir qloballaşma və sürətli urbanizasiya dövründə sahənin informasiya təminatının əhəmiyyəti əsaslandırılıb. Memarlıq irsimizin və tarixi-mədəni abidələrimizin informasiya resurslarında əks olunma xüsusiyyətləri şərh edilib.

Tədqiqatda mövzu ilə bağlı indiyə qədər formalaşmış informasiya resurslarının arxitekturası kompleks şəkildə təhlil olunub. Ölkə kitabxanalarının sənəd əsaslı və rəqəmsal resursları müqayisəli şəkildə öyrənilib, onların struktur xüsusiyyətləri, informativlik səviyyəsi və elmi dövriyyədə istifadəsi məsələləri araşdırılıb. Bildirilib ki, bu resursların sistemli təhlili sahə üzrə mövcud vəziyyətin daha dolğun öyrənilməsinə və effektiv informasiya təminatının formalaşdırılmasına imkan yaradır.

Məruzədə həmçinin şəhərsalma və memarlıq irsinə dair informasiya resurslarının formalaşdırılması prosesində kitabxana-informasiya müəssisələrinin rolu, müasir metadata standartlarının tətbiqinin əhəmiyyəti, sahə üzrə resursların rəqəmsallaşdırılması kimi aktual məsələlər də araşdırılıb.

Elmi seminar müzakirələrlə davam edib.

 

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026