BDU-da “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planı hazırlanıb

22/01/2026

Bakı Dövlət Universitetində (BDU) 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar Tədbirlər Planı hazırlanıb. BDU Elmi Şurasının 2026-cı ildə ilk iclasında Tədbirlər Planı müzakirə olunaraq qəbul edilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2026-cı il Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu qərar şəhərsalma və memarlıq sahəsində tarixi irsin qorunması, müasir yanaşmaların tətbiqi, dayanıqlı və inklüziv şəhər mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu il ölkəmiz BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası  (WUF13) kimi mühüm beynəlxalq tədbirə də ev sahibliyi edəcək. Bütün bunlar BDU kollektivinin də qarşısına mühüm öhdəliklər qoyur.

“Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Tədbirlər Planı çərçivəsində BDU-da beynəlxalq, ölkə əhəmiyyətli konfransların, dəyirmi masaların, seminar və təlimlərin keçirilməsi planlaşdırılır. Tədbirlər Planına BDU-nun fakültələrində, Qazax filialında, İqtisadiyyat və Humanitar Kollecdə, eləcə də “Gənc istedadlar” liseyində bu mövzuda tədbirlərin, dərslərin təşkili də daxildir. İl ərzində şəhərsalma və memarlıq sahəsinə dair elmi məqalələrin elmi və kütləvi jurnallarda dərc edilməsi, mövzu üzrə tədqiqatların aparılması və gənc nəslin bu sahədə bilik və bacarıqlarının artırılması nəzərdə tutulur. Tədbirlər Planı çərçivəsində həyata keçiriləcək fəaliyyətlər şəhərsalma və memarlıq sahəsində elmi-ictimai müzakirələrin genişləndirilməsinə xidmət edəcək.

 

 

Xəbərlər

BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb

BDU-da AZƏRTAC-ın xüsusi auditoriyası açılıb
22/01/2026

BDU-da “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planı hazırlanıb

BDU-da “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planı hazırlanıb
22/01/2026

BDU alimləri Azərbaycan Elm Fondunun “İlin Alimi – 2025” müsabiqəsinin qalibidirlər

BDU alimləri Azərbaycan Elm Fondunun “İlin Alimi – 2025” müsabiqəsinin qalibidirlər
22/01/2026