BDU-da “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı keçirilib

16/11/2018

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda Respublika elmi konfransı keçirilib. Tədbiri açan Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı əsasında Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş respublika səviyyəli elmi konfrans təşkil edilib. Keçirilən konfransın əhəmiyyətindən danışan dekan böyük mütəfəkkirin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatına verdiyi əvəzsiz töhfələr, ümummilli lider Heydər Əliyevin şairin irsinin qorunması ilə bağlı gördüyü işlər, həmçinin ölkəmizdə cavidşünaslığın inkişaf istiqamətləri barədə ətraflı məlumat verib.

Rus ədəbiyyatı tarixi kafedrasının professoru Leyla Gərayzadə “Taleyi xalqının qədəri ilə bir yazılmış “səma şairi”" adlı məruzəsində XX əsrin 30-40-cı illərində repressiyaya məruz qalmış azərbaycanlıların faciəli həyatından danışıb, totalitarizmin çoxsaylı qurbanlarından biri kimi Cavidin keşməkeşli ömür yoluna nəzər salıb, H.Cavid irisinə ulu öndər Heydər Əliyevin göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib.

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Etibar Talıblı “Cavid şəxsiyyəti və sözü zamanın işığında (H.Cavid haqqında bəzi düşüncələrim)” adlı mövzusunda böyük şair və dramaturqun ədəbiyyatımıza gətirdiyi yeniliklərdən, bədii fikrin inkişafındakı rolundan və bənzərsiz sənətkarlıq xüsusiyyətlərindən danışıb.

Qeyd edək ki, konfransın materiallar toplusunda 100-dən artıq məqalə çap olunub.

Mətbuat və informasiya şöbəsi, 16 noyabr 2018-ci il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”
04/08/2026

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”
04/08/2026

BDU-da “Açıq qapı” günləri davam edir

BDU-da “Açıq qapı” günləri davam edir
04/08/2026