BDU-da “Həssas qrupların xidmətlərə çıxışı” mövzusunda təlim

11/12/2025

Bakı Dövlət Universitetinin (BDU) SABAH Mərkəzinin təşkilatçılığı ilə "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyası çərçivəsində “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova tərəfindən “Həssas qrupların xidmətlərə çıxışı” mövzusunda təlim keçirilib.

Təlimdə həssas qrupların sosial müdafiəsi, rifahı və cəmiyyətə tam inteqrasiyasının vacibliyi qeyd olunub. Bildirilib ki, sosial cəhətdən risk altında olan, fiziki və mənəvi zorakılığa məruz qalan qadınların təhsil, səhiyyə, sosial müdafiə, hüquqi yardım və məşğulluq kimi əsas xidmətlərə maneəsiz çıxışı günümüzdə ən çox diqqətə ehtiyacı olan sahələrdəndir. Zorakılığa məruz qalmış qadınlar çox vaxt fiziki və psixoloji travma, iqtisadi asılılıq, qorxu, sosial təcrid və s. səbəblərdən lazımi qurumlara müraciət etməkdə çətinlik yaşayırlar. Məhz xidmətlərə çıxış onların həm təhlükəsizliklərinin təmin edilməsi, həm də sosial-psixoloji bərpası üçün həyati əhəmiyyət daşıyır.

Təlimin sonunda belə hallarla rastlaşdıqda atılmalı olan tədbirlərə dair müzakirə aparılıb.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026