BDU-da HUJİ ilə beynəlxalq ikili diplom proqramı çərçivəsində “Sinergetik proqram” təqdim olunub

23/10/2024

İsrailin Yerusəlim İbrani Universitetinin (HUJI) əməkdaşı İlya Kublanov bu ilin 7-20 oktyabr tarixlərində BDU-da səfərdə olub. Səfərin məqsədi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında ”Biotexnologiya” ixtisaslaşması üzrə "Sinergetik proqramlar"ın həyata keçirilməsidir. Səfər zamanı İlya Kublanov BDU-nun rektoru Elçin Babayev ilə görüşüb və Biologiya fakültəsində tələbə, magistrant, doktorant və əməkdaşlar üçün 8 mühazirədən ibarət kursu təqdim edib.

İlya Kublanovun "Mikrob metabolizmi: sonsuz variasiyalar" mövzusunda mühazirə və seminarlar kursu mikroorqanizmlərin müxtəlifliyi, onlar tərəfindən həyata keçirilən metabolik, əsasən də katabolik proseslər haqqında müasir təsəvvürlərə həsr olunub. Prokaryotların metabolizm müxtəlifliyinə həsr olunmuş mühazirələrdən əlavə, müxtəlif yaşayış yerləri mikrobiomlarının tədqiqində istifadə olunan molekulyar-filogenetik metodlar, müasir yanaşmalar, həmçinin müqayisəli genomika və digər omiks  (transkriptom, proteom və s.) məlumatlarına əsaslanaraq “in silico” metabolik reaksiyaların  deşifrələnməyinə imkan yaradan üsullar müzakirə olunub.

Biologiyanın sürətlə inkişaf edən bu sahəsi ilə tanışlıq müvafiq istisaslaşmalar üzrə təhsilalanlar üçün olduqca önəmli, eyni zamanda kursun sonrakı mühazirələrini daha yaxşı anlamaq üçün zəruridir. Mühazirələrdə prokaryotların metabolik imkanlarının ümumi mənzərəsi nəzərdən keçirilib, katabolik proseslərin bütün zəruri komponentləri təhlil edilib. Bununla yanaşı, Yer biosferinə təsiri baxımından genişmiqyaslı proseslər, termodinamik həyat sərhədinə yaxın olan unikal və qeyri-adi proseslər nümunə olaraq göstərilib. İlya Kublanov yüksək temperatur, yüksək və aşağı pH, yüksək duzluluq, təzyiq və digər ekstremal şəraitlərdə  inkişaf edə bilən ekstremofil mikroorqanizmlərə həsr olunmuş mühazirə də deyib. Mühazirədə belə  mikroorqanizmlərin yaşayış yerləri, eləcə də onların qeyd olan şəraitdə uğurla mövcud olmasına imkan yaradan sabitlik mexanizmlərinin nümunələri göstərilib.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024