BDU-da “Həyat sığortası məhsulları” mövzusunda infosessiya

30/05/2023

“Paşa Həyat Sığorta” şirkəti Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün “Həyat sığortası məhsulları” mövzusunda infosessiya keçirib.

Şirkətin əməkdaşı, təlimçi Səbinə Qədimova bildirib ki,  BDU ilə “Paşa Həyat Sığorta”nın əməkdaşlığının əsas məqsədi tələbələrin əmək bazarına uğurlu qoşulmasını təmin etmək, onlara karyeranın qurulması istiqamətdə yardımçı olmaqdır.

Səbinə Qədimova sığorta anlayışı, həyat sığortasının növləri, Azərbaycanda sığorta mədəniyyətinin formalaşması, ödənişlərdən imtinanın əsasları haqqında ətraflı məlumat verib. Daha sonra təlimçi sığortanın həyatın yaşam sığortası, icbari həyat sığortası, kredit sığortası, həyata bağlan sığortası və gəlirli sığorta kimi növlərinə dair məlumatları tələbələrin diqqətinə çatdırıb. O, həyat sığortasına aid olan əsas anlayışların (sığortaçı, sığortalı, sığorta olunan, faydalanan şəxs) da geniş izahını verib.

İnfosessiyanın sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026