BDU-da I kurs tələbələri üçün “Adaptasiya proqramı”

18/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə “Adaptasiya proqramı” çərçivəsində klinik psixoloq, psixoterapevt Afaq Məmmədovanın “Yeni mühitə uyğunlaşma və stresin idarə edilməsi” mövzusunda təlimi keçirilib.

Tədbirin açılışında Karyera planlaşdırılması şöbəsinin məsləhətçisi Pərvanə Babayeva iştirakçılara proqram haqqında məlumat verib. O bildirib ki, dörd həftəlik “Adaptasiya proqramı” I kurs tələbələrinin yeni mühitə uyğunlaşmasına, təşəbbüskarlığın artırılmasına və gələcək karyera planlarının formalaşdırılmasına dəstək göstərməyi hədəfləyir. Proqram psixoloji adaptasiya və motivasiya, ideyadan layihəyə təşəbbüskarlıq bacarıqları, sosial aktivlik və könüllülük, eləcə də süni intellekt və gələcəyin bacarıqları üzrə sessiyaları əhatə edir.

Təlimçi tələbələrin universitet həyatının ilk mərhələsində qarşılaşdıqları emosional, sosial və akademik çətinliklər, gözləntilərlə real vəziyyət arasındakı fərqlər, adaptasiya mexanizmləri barədə geniş məlumat verib. İştirakçılar “Dəyişiklik dairəsi” metodu vasitəsilə həyatlarında baş verən yenilikləri təhlil edərək şəxsi inkişaf xəritələrini formalaşdırıblar.

Təlimdə stresin mahiyyəti və idarə olunması üsulları da müzakirə edilib. Psixoloq vurğulayıb ki, stres çox zaman təhlükə deyil, orqanizmin dəyişikliklərə uyğunlaşma mexanizmi kimi fəaliyyət göstərir. Tələbələr stresin azaldılmasına kömək edən praktik texnikalarla tanış olublar.

 

 

Xəbərlər

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür

Görkəmli alim Şirməmməd Hüseynovun anım günüdür
24/06/2026

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcək
24/06/2026