BDU-da “I Milli Texnologiya Sərgisi” təşkil olunub

29/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə “I Milli Texnologiya Sərgisi” təşkil olunub.
27 Mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş sərgidə BDU-nun gənc tədqiqatçıları və tələbələrinin hazırladıqları 12 innovasiya və texnologiya layihəsi nümayiş etdirilib.

Komandalar tərəfindən layihələrin elektron dövrəsinin hazırlanması, proqramlaşdırılması, prototipin gövdəsinin 3D modelinin hazırlanması və çap edilməsi prosesləri canlı formada mərhələli olaraq təqdim olunub. Bundan başqa, triboelektrik nanogenerator, dezinfeksiya aparatı, məsafə sensorlu robot, “Spin coater” cihazı, miniatür soyuducu, ATM-lər üçün  proqram  təminatı layihələri sərgilənib.

 

Xəbərlər

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
21/11/2026

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026