BDU-da işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına dair ustad dərsi

30/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 27 Mart – Azərbaycan Respublikasında “Elm günü” çərçivəsində növbəti ustad dərsi keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin şöbə müdiri, iqtisad üzrə elmlər doktoru Akif Vəliyev ustad dərsində “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının perspektiv inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə işğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının yenidən bərpasının istiqamət və yolları, səmərəli istifadəsi, torpaqların idarə edilməsinin yeni konsepsiyası ətraflı izah olunub.

Akif Vəliyev həmçinin bitkiçilik və meyvəçiliyin inkişaf perspektivləri, ağıllı kənd təsərrüfatı sistemlərinin yaradılmasının üstünlükləri, həmçinin bu ərazilərdə kənd təsərrüfatının bərpası nəticəsində gözlənilən istehsal göstəricilərinin ölkənin dayanıqlı ərzaq təhlükəsizliyində əhəmiyyətindən bəhs edib.

Sonda mövzu ətrafında suallar cavablandırılıb.

Xəbərlər

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
16/10/2026