BDU-da icbari tibbi sığorta ilə bağlı təqdimat keçirilib

27/02/2020

Bakı Dövlət Universitetində (BDU) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aynurə Əhmədova Universitetin müəllim və tələbələri qarşısında təqdimatla çıxış edib. İcbari tibbi sığortanın ölkəmizdə tətbiqi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışan A.Əhmədova bu siyasətin əhalinin sağlamlığına xidmət etdiyini vurğulayıb: “Ölkədə icbari tibbi sığortanın tətbiqi 2020-ci ildə mərhələli şəkildə həyata keçiriləcək. I mərhələ artıq yanvar ayından başlayıb. II mərhələ aprel, III mərhələ iyul, IV mərhələ isə oktyabrdan başlayaraq reallaşdırılacaq. Abşeron yarımadası, Bakı və Sumqayıt şəhərlərində icbari tibbi sığortanın tətbiqinə sonuncu mərhələdə başlanacaq”.

A.Əhmədova hazırda gündəmdə olan koronavirus, ondan qorunmağın yolları barədə də məlumat verib.

Qeyd edək ki, icbari tibbi sığortada xidmətlər zərfinə 2550 tibbi xidmət daxildir. Bunlar ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator xidmət, stasionar xidmət və həyati vacib-dəyəri yüksək olan tibbi xidmət növlərini əhatə edir.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
19/08/2026