BDU-da ICESCO-nun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif ilə görüş

25/04/2025

Bakı Dövlət Universitetində (BDU) İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif ilə görüş keçirilib.

Rektor Elçin Babayev qonağı salamlayaraq, BDU-nun elmi potensialı, beynəlxalq əməkdaşlıq istiqamətində atdığı addımlar, xüsusilə də ICESCO ilə inkişaf etdirilən münasibətlər haqqında məlumat verib. O bildirib ki, BDU-nun nəzdində fəaliyyət göstərən ICESCO-nun Biotibbi materiallar  kafedrası təşkilatla əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir. Bu əməkdaşlığın qarşıdakı dövrdə daha da genişləndirilməsi məqsədilə birgə layihələrin, konfransların və təlim proqramlarının həyata keçirilməsi planlaşdırılır.

Məhəmməd Şərif öz çıxışında elm və texnologiya sahəsində ICESCO-nun həyata keçirdiyi təşəbbüslər, üzv ölkələrdə elmi inkişafın dəstəklənməsi və potensiallı tədqiqatçıların beynəlxalq arenaya çıxışı ilə bağlı prioritetlər barədə danışıb. O, Azərbaycanın elmi-təhsil müəssisələri ilə əməkdaşlığın ICESCO üçün xüsusi önəm daşıdığını qeyd edərək, BDU ilə qurulan əlaqələrin nümunəvi xarakter daşıdığını vurğulayıb.

Görüş çərçivəsində BDU ilə ICESCO arasında gələcək əməkdaşlıq imkanları, ortaq tədqiqat layihələrinin reallaşdırılması, startap təşəbbüslərinin dəstəklənməsi və tələbələrin innovasiya fəaliyyətlərinə cəlb olunması istiqamətində fikir mübadiləsi aparılıb.

Xəbərlər

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək
13/08/2026

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır
13/08/2026

BDU-nun Coğrafiya fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!

BDU-nun Coğrafiya fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!
13/08/2026