BDU-da idman turnirinin bağlanış mərasimi

04/05/2026

Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və  İdman-sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş idman turnirinin bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimindən əvvəl idman yarışları çərçivəsində fakültələrarası futbol turnirində III yerin sahibi müəyyənləşib və final oyunu keçirilib. Oyunların nəticələrinə görə, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə qalib gələrək, turnirdə III yeri tutub. Finalda isə Tarix fakültəsi Hüquq fakültəsinə qalib gəlib.

Daha sonra tələbələr arasında təşkil olunan şahmat, dama və tennis turnirlərinin qalibləri, eyni zamanda fakültələrarası voleybol və futbol turnirlərində ilk üç yeri tutmuş komandalar kubok, medal və sertifikatlarla mükafatlandırılıb.

Qeyd edək ki, idman turnirində 5 idman növü üzrə 300-dək tələbə iştirak edib.

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026