BDU-da II Respublika elmi konfransı: “Yer qabığında gedən proseslər haqqında müasir təsəvvürlər”

20/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Yer qabığında gedən proseslər haqqında müasir təsəvvürlər” mövzusunda II Respublika elmi konfransı keçirilib.

Fakültənin dekanı Mamoy Mansurov bildirib ki, konfransın mütəmadi təşkil olunması tələbələrin gələcək elmi fəaliyyətinin stimullaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Konfransda Yer qabığında gedən proseslərin, baş verən dəyişikliklərin səbəblərinin aşkar olunması üçün müasir metodların öyrənilməsi müzakirə olunur.
BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov, Geologiya fakültəsinin TEC-in elmi rəhbəri, professor Nazim İmamverdiyev çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında xidmətlərindən danışıb, konfransın işinə uğurlar arzulayıblar.

Sonra fakültə tələbələri Səfərbəy Ələkbərli, Nigar Niftullayeva, Aytən Bayramova, Cavid  Quliyev, Xəyal Hüseynovun müxtəlif mövzular üzrə məruzələri dinlənilib.

Konfrans “Mineralogiya, geokimya və petrologiyanın müasir problemləri”, “Filizəmələgəlmə nəzəriyyəsi və modelləri”, “Hidrogeologiya və mühəndis geologiyasının müasir problemləri”, “Seysmologiyanın problemləri” bölmələri üzrə öz işini davam etdirib. Bölmə iclaslarında faydalı qazıntı yataqlarının əmələgəlmə şəraiti, istismar yolları, ehtiyatın hesablanmasında müasir geoloji modelləşdirmə üsulları, yerin su ehtiyatları, yer qabığının seysmoaktiv sahələrinin tədqiqi müzakirə olunub.

Xəbərlər

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır
23/07/2026

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi
23/07/2026

BDU-HUJI ikili diplom proqramı üzrə qəbul elan edir!

BDU-HUJI ikili diplom proqramı üzrə qəbul elan edir!
23/07/2026