BDU-da iki dissertasiya işinin müdafiəsi keçirilib

30/10/2014

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Dövlət Aqrar Universitetinin iki nümayəndəsinin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işlərinin müdafiəsi keçirilib.

Pəri Həsənovanın elmi işinin mövzusu “Bazar iqtisadiyyatı şəraitində Azərbaycanda təbii inhisarların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi yolları” olub. Bu elmi iş Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzində yerinə yetirlib, və işin rəhbəri iqtisad elmləri doktoru, professor Fərman Qasımov olub.

Nərgiz Xalıqovanın elmi işinin mövzusu “Müasir şəraitdə aqrar bazarın tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi” olub. Bu elmi iş Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda  yerinə yetirlib, və işin rəhbəri iqtisad elmləri doktoru, professor Bəyalı Ataşov olub.

Mətbuat və İnformasiya şöbəsi, 30 oktyabr 2014-cü il.

Xəbərlər

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir
05/08/2026