BDU-da ikinci tərtib hiperbolik tənliklərə dair araşdırmalar davam etdirilir

18/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin təşkilatçılığı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş tədbirlər çərçivəsində “Kəsilmə şərtləri olan bir sinif ikinci tərtib hiperbolik tənlik üçün Qursa məsələsi” mövzusunda elmi seminar keçirilib.

Seminarda BDU-nun Tətbiqi riyaziyyat kafedrasının professoru Aqil Xanməmmədov məruzə ilə çıxış edib. Təqdimat zamanı Qursa məsələsinin həllinin mövcudluğu və yeganəliyi əsaslandırılıb, deltavari potensiallı Şredinger tənliyi üçün nöqtədə şərti ödəyən çevirmə operatoru qurulub.

Çevirmə operatorunun nüvəsi üçün Volterra tipli inteqral tənliklər əldə olunub və bu tənliklər ardıcıl yaxınlaşmalar üsulu ilə həll edilib. Eyni zamanda Qursa məsələsində kəsilmə və kəsilməzlik şərtlərinin fiziki mənası izah olunub, məsələnin həllinin aşkar ifadəsi təqdim edilib.

Qeyd edilib ki, əldə olunan nəticələr kəsilmə şərtləri olan ikinci tərtib hiperbolik tənliklərin araşdırılmasında, eləcə də deltavari potensiallı Şredinger tənliyinin spektral xassələrinin öyrənilməsində istifadə oluna bilər.

Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

 

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir
05/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”
04/08/2026

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”
04/08/2026