BDU-da ikiqat paralimpiya çempionu İlham Zəkiyevin tələbələrlə görüşü olub

22/11/2017

BDU-da Sosial elmlər və psixologiya fakültəsinin “Sosial iş” ixtisasında təhsil alan tələbələrin ikiqat paralimpiya çempionu İlham Zəkiyevlə görüşü keçirilib. Çıxış edən dekan, professor Hikmət Əlizadə görüşün əhəmiyyətindən bəhs edib, qonaq barədə ətraflı məlumat verib.

Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev isə İlham Zəkiyevin həyat və fəaliyyətinin sosial iş üçün həm obyekt, həm də subyekt kimi böyük məna kəsb etdiyini vurğulayıb.

Sosial iş” kafedrasının təşəbbüsü ilə keçirilən görüşdə “Sosial iş” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Rəvan Əliyevin İlham Zəkiyevin həyat və fəaliyyətini əks etdirən video-çarxı nümayiş etdirilib.

Sonda çıxış edən qonaq BDU-da olmasından məmnunluğunu ifadə edərək bu səpgili görüşlərin qarşılıqlı faydalı olduğunu vurğulayıb və tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Mətbuat və informasiya şöbəsi, 22 noyabr 2017-ci il.


Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026