BDU-da çiçəkəkmə aksiyası

25/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı, “BDU könüllüləri”, Tələbə Gənclər Təşkilatının dəstəyi ilə çiçəkəkmə aksiyası keçirilib.

Çiçəkəkmə aksiyasında adıçəkilən gənclər təşkilatlarının üzvləri, müxtəlif fakültələrin tələbələri iştirak ediblər.

Aksiya zamanı Universitetin həyətində müxtəlif növlü çiçəklər əkilib, quşlar üçün evciklər düzəldilib, işıq dirəklərinə gül dibçəkləri quraşdırılıb.

Aksiyanın məqsədi ətraf mühitin qorunmasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.

 

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2026

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2026

BDU-da “Fiziki sistemlərin modelləşdirilməsində süni intellektin rolu” mövzusunda təlim

BDU-da “Fiziki sistemlərin modelləşdirilməsində süni intellektin rolu” mövzusunda təlim
17/11/2026