BDU-da çiçəkəkmə aksiyası

22/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 22 aprel - Beynəlxalq Yer Kürəsi Günü münasibətilə çiçəkəkmə aksiyası keçirilib.

Aksiyaya BDU-nun müxtəlif fakültələrinin tələbələri qatılıb.

Aksiyada 100-dək təbii gül əkilib. Aksiyanın məqsədi ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.

Qeyd edək ki, Beynəlxalq Yer Kürəsi Günü ilk dəfə 1970-ci ildə qeyd olunub. 2009-cu ildə isə BMT Baş Məclisi tərəfindən qəbul olunmuş qətnaməyə əsasən, Beynəlxalq Yer Kürəsi Günü hər il 22 aprel tarixində qeyd olunur. Hazırda dünyanın 190-dan çox ölkəsi bu günü qeyd edir. Hər il bir deviz altında keçirilən həmin təqvimin builki şüarı “Planetimizə sərmayə qoyun” adlanır.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026