BDU-da ilk dərsin başlamasının 104 illiyi münasibətilə xüsusi mühazirələr deyilib

15/11/2023

Bakı Dövlət Universitetinin (BDU) fakültələrində Universitetdə ilk dərsin başlamasının 104 illiyi münasibətilə xüsusi mühazirələr keçilib.

Mühazirələr zamanı tələbələrə Universitetin şərəfli tarixi barədə məlumat verilib. Qeyd olunub ki, 104 il ərzində BDU Azərbaycan xalqının övladlarına ali təhsil vermək, Vətənimizin dünya elm və mədəniyyət məkanında layiqli yer tutmasını təmin etmək kimi ən uca missiyanı layiqincə yerinə yetirib. Universitetin məzunu olan 200 mindən artıq yüksəkixtisaslı kadr ölkəmizi bütün sahələrdə ləyaqətlə təmsil edib. BDU-nun ən böyük məzunu isə bu il 100 illik yubileyini böyük fəxrlə qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevdir. O, BDU-nu “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırıb, Universitetin xeyirxahı və hamisi, eyni zamanda məzunu kimi qayğısını əsirgəməyib. Bu gün isə həmin tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev davam etdirir. BDU möhtərəm Prezidentimiz və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli qayğısı ilə əhatə olunub.

Mühazirələrdə vurğulanıb ki, 1919-cu il noyabrın 15-i Universitetdə ilk dərs günü elan olunub. Universitet ilk tədris ilini 2 fakültə (Tarix-filologiya, Tibb fakültələri) və 1094 tələbə ilə başlayıb. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah Vasili İvanoviç Razumovski olub. BDU öz fəaliyyətinin bütün dövrlərində ölkənin əsas elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin, milli şüurun, vətənpərvərlik ruhunun inkişafında xidmətlər göstərmiş mərkəz rolunu oynayıb.

Xəbərlər

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq
23/06/2026

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib
23/06/2026

BDU ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

BDU ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb
23/06/2026