BDU-da imtahan sessiyası davam edir

23/01/2021

Bakı Dövlət Universitetində (BDU) yanvarın 11-dən etibarən start götürən imtahan sessiyası davam edir.
22 Yanvar 2020-ci il tarixində BDU-da payız semestrinin imtahan sessiyasında 332 qrupda 7121 bakalavr (311 nəfəri SABAH qrupu olmaqla) imtahan verib.
BDU-nun Qazax filialında isə 21 qrup üzrə 387 tələbə imtahanlarda iştirak edib.
Magistratura pilləsində isə 145 ixtisaslaşmada 89 fənn üzrə imtahan verən magistrantların sayı 499-dur.
İmtahanlar onlayn qaydada şifahi formada "Microsoft Teams" platforması üzərindən təşkil edilib, hər qrup üzrə 3 saat ərzində davam edir.
Tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
BDU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün lazımi tədbirlər həyata keçirilib.


Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026