BDU-da “Çin ədəbiyyatının müasir romanları” mövzusunda silsilə mühazirələr başa çatıb

27/12/2021

Bakı Dövlət Universitetinin (BDU) və Konfutsi İnstitutunun birgə təşkilatçılığı ilə “Çin ədəbiyyatının müasir romanları” layihəsi çərçivəsində“Müasir ədəbiyyat” mövzusunda onlayn mühazirə keçirilib. Mühazirəçi Anhui Universitetinin Beynəlxalq Təhsil fakültəsinin müəllimi Denq Şu mövzu barədə Şərqşünaslıq fakültəsinin tələbələrinə məlumat verib.

BDU-nun Beynəlxalq Əlaqələr şöbəsinin böyük mütəxəssisi Şəms Bağırovanın moderatorluğu ilə keçirilən tədbirdə Şərqşünaslıq fakültəsinin dekanı Nigar İsmayılzadə, Konfutsi İnstitutunun çinli direktoru Van Haoqiang, habelə Şərqşünaslıq fakültəsinin və Konfutsi İnstitutunun müəllim və tələbələri iştirak ediblər.

Çin dilində keçirilən tədbirdə mühazirəçi xanım Denq Şu əsasən iki görkəmli müasir Çin yazıçısı, Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı Mo Yan və Hüqo Mükafatı laureatı Liu Cixin həyatı, yaradıcılığı və əsərləri haqqında çıxış edib. Eyni zamanda o, yazıçı Liu Cixinin şedevr əsərlərindən olan “Üç bədən problemi” romanının rus dilinə tərcüməsi haqqında iştirakçılara məlumat verib və tələbələr gələcəkdə Çin dilini dərindən öyrənmələri və əsərlərin Çin dilində olan originallarını oxumağın vacibliyini vurğulayıb.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

Xəbərlər

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
16/05/2026

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026