BDU-da “Çin ənənəvi poeziyası” mövzusunda ustad dərs keçirilmişdir

29/10/2021

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi, BDU-nun nəzdində Konfutsi İnstitutu, Beynəlxalq əlaqələr şöbəsi və Anhui Universitetinin təşkilatçılığı ilə tələbələr və gənc tədqiqatçılar üçün “Çin ənənəvi poeziyası” mövzusunda onlayn ustad dərs keçirilmişdir.

Tədbirin məruzəçisi Anhui Universitetinin professoru Denq Şu artıq üç minillikdən çox zaman ərzində tanınan klassik Çin poeziyasının bütün ənənəvi formalarının əsasən qafiyəli olmasından danışmışdır. Konfutsi kitablarının imperator Şi Xuandinin göstərişi ilə yandırıldığı vaxtdan “Şi-tszin” (Nəğmələr Kitabı) və “Çutsi” (Çu çarlığının nəğmələri) adlı şeir toplularının bu günümüzə qədər gəlib çatan ən erkən antologiyalar hesab olunduğunu vurğulamış, həm qəsidələri, həm də xalq mahnıları özündə ehtiva edən Çin şeirləri toplusu və  “Çutsi” adlı topludan bəhs etmişdir.“Şi” formasında yazılmış şeirlərin Tan sülaləsindən başlayaraq müasir dövrə qədər Çin poeziyasında üstünlük təşkil etdiyi haqqında danışmışdır. Çinin ən böyük klassik poeziyanın şairlərindən olan Li Bo, Du Fu, Bo Tszüy-i, Ouyan Sü, Su Şi, Van An-şinin əsərləri barəsində də qısa məlumat vermişdir.

Tədbirdə fakültənin professor-müəllim, doktorant və tələbələri iştirak etmişdir.

 

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026