BDU-da “InCites analitik vasitəsindən istifadə qaydaları” mövzusunda növbəti müzakirələr keçirilib

12/02/2021

Bakı Dövlət Universitetində (BDU) “Clarivate Analytics” şirkətinin əməkdaşları tərəfindən “InCites analitik vasitəsindən istifadə qaydaları” mövzusunda növbəti onlayn müzakirələr keçirilmişdir. Tədbirdə InCites analitik vasitəsinindən istifadə etməklə Web of Science bazasında olan məlumatlar əsasında alimin, təşkilatın və ölkənin elmi fəaliyyətinin qiymətləndirilməsi, hesabatların hazırlanması və müqayisələrin aparılması qaydaları nümayiş olunub.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş müzakirələrdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, “Clarivate Analytics” şirkətinin MDB ölkələri və Rusiya üzrə direktoru Oleq Utkin, bu şirkətin Təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov, şirkətin Azərbaycan, Gürcüstan və Ukrayna üzrə rəsmi nümayəndəsi Sevinc Cəfərova, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov, bu Mərkəzin şöbə müdiri Mahir Pirquliyev və digər əməkdaşlar iştirak edib.
Rektor Elçin Babayev BDU-nun “Clarivate Analytics” şirkəti ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri barədə danışıb.
“Clarivate Analytics” şirkətinin Təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov COVİD-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq 2020-ci ildə BDU alimlərinin Web of Science bazasında indekslənmiş jurnallarda dərc olunmuş elmi məqalələrinin sayının və onlara istinadların artdığını diqqətə çatdırıb.
Tədbirdə qarşıda duran vəzifələrdən bəhs edilib və müzakirələrin bundan sonra da mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulanıb.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025