BDU-da informasiya mədəniyyətinin biblioqrafik fəaliyyətə təsirinə dair araşdırmalar aparılır

03/04/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “İnformasiya mədəniyyəti və biblioqrafik fəaliyyət” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının magistrantı Musa Ələkbərov mövzu üzrə məruzə edib.

Gənc tədqiqatçı əvəlcə informasiya mədəniyyəti anlayışını şərh edib, onun təkamülü və müasir paradiqmaları barədə danışıb. İnformasiya mədəniyyətinin cəmiyyətə təsiri, xüsusilə təhsil prosesindəki rolu barədə məlumatları diqqətə çatdırıb: “İnformasiya cəmiyyətinə keçid ümumi mədəniyyətin tərkib hissəsi kimi yeni bir kateqoriyanın - informasiya mədəniyyətinin aktuallığını zəruri edir. İnformasiya mədəniyyəti məlumatın əldə edilməsi, emalı və ötürülməsi kimi geniş spektrli prosesləri əhatə edir. Bu baxımdan problemin biblioqrafik fəaliyyət kontekstindən tədqiqi mühüm əhəmiyyət daşıyır”.

Araşdırmada informasiya mədəniyyətinin komponentləri kimi məntiqi mədəniyyət, semiotik mədəniyyət, ünsiyyət mədəniyyəti, şəbəkə mədəniyyəti və s. kimi anlayışlara aydınlıq gətirilib. Biblioqrafik fəaliyyət sferasında informasiya mədəniyyətinin mahiyyəti və əsas komponentləri izah edilib. Məruzədə həmçinin informasiya texnologiyalarının informasiya mədəniyyətinin inkişafına təsirindən, rəqəmsallaşma və süni intellektin biblioqrafik fəaliyyət sahəsinə gətirdiyi yeniliklərdən bəhs olunub.

Elmi seminar müzakirələrlə davam edib.

 

Xəbərlər

Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər keçirilir

Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər keçirilir
19/08/2025

BDU-da Anadolu Universitet Kitabxanaları Konsorsiumunun rəhbəri İsmail Çetinkaya ilə görüş

BDU-da Anadolu Universitet Kitabxanaları Konsorsiumunun rəhbəri İsmail Çetinkaya ilə görüş
19/08/2025

Bakı Dövlət Universitetində qlobal naviqasiya peyk sistemləri üzrə beynəlxalq səviyyəli ekspertlər iclası işinə başlayır

Bakı Dövlət Universitetində qlobal naviqasiya peyk sistemləri üzrə beynəlxalq səviyyəli ekspertlər iclası işinə başlayır
18/08/2025