BDU-da informasiya müharibəsində Azərbaycan gənclərinin rolu müzakirə edilib

11/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə "İnformasiya müharibəsində Azərbaycan gənclərinin rolu" adlı onlayn tədbir keçirilib.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin TGT sədri Röya Abbasova müasir dünyada informasiya müharibəsinin aktuallığından, ölkəmizdə bu sahədə əldə olunan uğurlardan bəhs edib. Qeyd olunub ki, erməni yalanlarının ifşa edilməsi, Qarabağla bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılması gənclərin qarşısında duran mühüm vəzifələrdən biridir.

Daha sonra fakültə TGT-nın sədr müavini Toğrul Məlikzadə mövzu ilə bağlı məruzə edib. Bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə Azərbaycan gəncləri müstəsna rol oynayıblar. Bununla yanaşı, erməni işğalı zamanı dinc əhalinin üzləşdiyi məhrumiyyətlər barədə məlumatların dünya ictimaiyyətinə tam və hərtərəfli şəkildə çatdırılması üçün gənclərin məlumatlılığının artırılması vacibdir. O, çıxışında gənclərimizin informasiya müharibəsində bundan sonra da əzmlə çalışacaqlarına əminliyini ifadə edib.

Tədbir qarşılıqlı diskussiya şəklində davam edib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026