BDU-da ingilis, alman və fransız dillərindən doktorluq imtahanları keçirilib

10/01/2020

2020-ci il yanvarın 10-da Bakı Dövlət Universitetinin (BDU) doktorant və dissertantları üçün ingilis, alman və fransız dillərindən doktorluq imtahanı keçirilib. Əvvəlcə Elm və innovasiyalar üzrə prorektor Aydın Kazımzadə imtahan iştirakçılarına imtahanın keçirilmə qaydaları və tələbləri haqqında ətraflı məlumat verib, onlara rektorun əmri ilə yaradılmış imtahan komissiyasının üzvlərini təqdim edib.

Komissiyanın üzvlərinin peşəkar, təcrübəli pedaqoqlardan ibarət olduğunu söyləyən prorektor imtahanların xarici dildən doktorluq imtahanı üzrə qoyulmuş tələblərə riayət edilməklə, tam obyektiv şəkildə keçiriləcəyini vurğulayıb. Bildirib ki, imtahan nəticələrinin qiymətləndirilməsi zamanı ixtisasa aid mətnlərin tərcüməsinə və şifahi nitqin yoxlanılmasına da xüsusi diqqət yetiriləcək.

Sonra imtahana start verilib. 22 nəfər ingilis dilindən, 3 nəfər alman dilindən, 1 nəfər fransız dilindən imtahan verib. BDU-nun rektoru Elçin Babayev imtahanın gedişi ilə tanış olub, doktorant və dissertantlarla söhbət edərək onlara öz tövsiyələrini verib.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026