BDU-da Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti ilə görüş

18/06/2025

Bakı Dövlət Universitetində (BDU) Çin Xalq Respublikasının (ÇXR) Dalian Texnologiya Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Laçın Abışlı, elmi işlər üzrə dekan müavini Qalib Qafarlı, Dalian Texnologiya Universitetinin CIS Tədqiqat Mərkəzinin direktoru Guo Shuhong, Marksizm İnstitutunun əməkdaşı Dıao Xıuhua və İqtisadiyyat bölməsinin müdir müavini Chen Zhen iştirak ediblər.

Görüş zamanı hər iki universitet arasında qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. Qonaqlara BDU-nun tarixi, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verilib. Daha sonra Dalian Texnologiya Universitetinin nümayəndələri  beynəlxalq əlaqələr sahəsindəki təcrübələrini bölüşüblər. Tərəflər tədris proqramlarının hazırlanması, elmi tədqiqatlar və beynəlxalq layihələr üzrə əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar. Görüşün sonunda iqtisadiyyat, beynəlxalq münasibətlər, dilçilik və elm-texnologiya sahələrində ortaq layihələrin həyata keçirilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının təşkili təklif olunub.

Qeyd edək ki, 1949-cu ildə təsis olunmuş Dalian Texnologiya Universiteti Çin Xalq Respublikasının aparıcı təhsil müəssisələrindən biridir. O, QS Dünya universitetləri reytinqində 448-ci yerdə qərarlaşıb.

 

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026