BDU-da Çinin Hebey İqtisadiyyat və Biznes Universitetinin nümayəndə heyəti ilə görüş

10/06/2024

Bakı Dövlət Universitetində (BDU) Çin Xalq Respublikasının (ÇXR) Hebey İqtisadiyyat və Biznes Universitetinin vitse-prezidenti Tian Xuebinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

BDU-nun son illər müasir dövrün tələblərinə uyğun inkişafı istiqamətində həyata keçirilən işlərdən danışan rektor Elçin Babayev ÇXR-in universitetləri ilə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdırıb. BDU-da kadr hazırlığından, universitetin strateji hədəfləri və mövcud beynəlxalq əlaqələrindən bəhs edən Elçin Babayev Hebey İqtisadiyyat və Biznes Universiteti ilə potensial əməkdaşlıq imkanlarını müsbət dəyərləndirib. Bildirib ki, Hebey İqtisadiyyat və Biznes Universiteti ilə əməkdaşlıq BDU-nun potensialının gücləndirilməsi məqsədilə həyata keçirilən layihələrə əhəmiyyətli töhfə verə bilər.

BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayan Hebey İqtisadiyyat və Biznes Universitetinin vitse-prezidenti Tian Xuebin iki universitet arasında tələbələrin və akademik heyətin mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə iki ali təhsil müəssisəsi arasında ikili diplom proqramlarının hazırlanması, tələbələrin və akademik heyətin mübadiləsi, birgə təqaüd proqramlarının hazırlanması, ortaq beyin mərkəzlərinin yaradılması kimi məsələlər müzakirə olunub.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026